azia.az
azia.az

Qaz və elektrik enerjisinin qiyməti bahalaşdı - RUSİYADA

1-12-2022, 11:48


Rusiyada dekabrın 1-dən qaz tarifləri 8,5%, əhali üçün elektrik enerjisi 9% bahalaşıb.

Bu barədə “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Rusiya hökuməti əhali üçün mənzil-kommunal xidmətlərin tariflərinin indeksləşdirilməsini 2023-cü il iyulun 1-dən 2022-ci il dekabrın 1-dək təxirə salmaq qərarına gəlib, növbəti indeksləşmə 2024-cü il iyulun 1-i olacaq.

Tariflərin artımı kommunal infrastrukturun yenilənməsi zərurəti və əvvəlki indeksləşmələrin inflyasiya templərindən geridə qalması ilə izah edilir.

Hakimiyyət orqanlarının qərarına əsasən, dekabrdan sənaye və əhali üçün qazın qiyməti 8,5% artacaq. Əhali üçün elektrik enerjisinin qiyməti 9% yüksələcək.

Dekabr indeksləşməsi il ərzində ikinci olacaq, bu ilin iyul ayında Rusiya Federasiyasında kommunal xidmət tarifləri 4% indeksləşdirilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi