Bu yağlar da iki dəfə BAHALAŞDI - VİDEO
Gündəlik tələbat mallarından olan duru yağların qiymətində artım var. Müşahidələr göstərir ki, bu yağların qiyməti iki ay əvvəllə müqayisədə elə ikiqat artıb.
Satıcıların da bu faktı təsdiqləyirlər. Onlardan bəziləri qiymət artımının 4-5 manat, bəziləri isə ümumilikdə 20-50 faiz olduğunu deyirlər.
Satıcılar qiymət artımının alıcılıq qabiliyyətinə ciddir təsir etdiyini deyirlər.
Qiymət artımı alıcıları narazı salıb.
Ekspertlər bahalaşmaya səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərirlər. Bildirilir ki, yerli istehsal olan duru yağların da xammalı əsasən Ukraynadan gətirilir.