azia.az
azia.az

Halal keyfiyyət infrastrukturu sahəsində Anlaşma Memorandumu imzalanıb

6-10-2022, 10:00


 

“Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsin nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısında iştirak edib.  

Toplantı çərçivəsində  AZSTAND ilə Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu arasında halal keyfiyyət infrastrukturu sahəsində Anlaşma Memorandumu imzalanıb. 

Tərəflər halal məhsulların müvafiq standartlaşdırma fəaliyyəti üzrə təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması, texniki əməkdaşlıq və halal məhsulların sertifikatlaşdırılmasına dair stimullaşdırıcı tədbirlər barədə razılığa gəliblər. 

Razılaşmaya əsasən, halal məhsul və xidmətlərə dair   standartların hazırlanması İslam Əməkdaşlıq Təşkilatı - İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun tələblərinə uyğun olaraq həyata keçiriləcək. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi