azia.az
azia.az

Türkiyə üzüm ixracatında dünya birincisidir

21-09-2022, 18:22


Türkiyənin Tekirdağ vilayətinin Süleymanpaşa Bələdiyyəsi və Tekirdağ Üzümçülük Elmi-Tədqiqat institutunun əməkdaşlığı ilə Üzüm Festivalı təşkil edilib. Festivala Türkiyənin kənd təsərrüfatı araşdırmaları və siyasəti idarəsinin rəhbəri Metin Türker, Tekirdağ valisi Əziz Yıldırım, Süleymanpaşa Bələdiyyəsinin sədri Cüneyt Yüksel, Tekirdağ kənd təsərrüfatı və meşə müdiri Oktay Öcal, Tekirdağ Üzümçülük araşdırma institutunun direktoru Mehmet Ali Kıracı və çox sayda qonaq qatılıb.

 
Tədbirdə çıxış edən kənd təsərrüfatı araşdırmaları və siyasəti idarəsinin rəhbəri Metin Türker, "Burada keçirilən tədbirin fərqli bir mənası var. Üzüm istehsalı baxımından dünyada çox önəmli yerə sahib olan bir ölkəyik. 390 min hektar sahədə üzüm istehsal olunur. 3,7 milyon ton məhsulla dünyada altıncı sırada yer alırıq. İxracatda da 700 milyon dollarlıq ixrac potensialımız var. Milli iqtisadiyyata böyük töhfə veririk. Üzüm ixracatı baxımından da Türkiyə dünyada birinci yerdədir", deyə bildirib.
 
Süleymanpaşa Bələdiyyəsinin sədri Cüneyt Yüksel isə üzüm festivalları tədbirlərini ənənəvi hala gətirdiklərini ifadə edərək "Bu təşkilatlarla birlikdə bölgəmizdəki 1600 üzüm sortunu təbliğ edib yaşada biləcəyimiz tədbirləri davam etdirəcəyik. Şəhərimizin tanıtımına töhfə verə biləcək tədbirlər təşkil etmək istəyirik. İnşallah gələn il keçiriləcək tədbirimiz daha da yaxşı olacaq", deyib.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi