azia.az
azia.az

Buğdanın alış qiymətinin artması, çörəyin satışına təsir edəcəkmi?

29-07-2022, 17:25

Buğdanın alış qiymətinin artması, çörəyin satışına təsir edəcəkmi?
Nazirlər Kabineti tərəfindən ərzaqlıq buğdanın dövlət alış (tədarük) qiyməti müəyyənləşib. Dövlət Ehtiyatları Agentliyi kabinetin müəyyənləşdirdiyi keyfiyyət standartlarına uyğun olan buğdanın hər tonuna 580 manat ödənəcək. Məqsəd buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin genişləndirilməsidir.


Bəs, yeni qərar buğda ilə təminata və çörəyin qiymətinə necə təsir göstərəcək?


Xəbər verilir ki, bu ehtimalı dəyərləndirən millət vəkili Vüqar Bayramov son illər dövlət tərəfindən buğdanın alış qiymətinin artırıldığını deyib. “Buğdanın hər tonuna görə dövlət fermerlərə son illər daha çox vəsait ödəyir. Belə ki, ötən il ilə müqayəsədə buğdanın dövlət alış qiyməti 14 faiz artırılır. 2021-ci ildə 1 ton buğdaya görə 500 manat ödənilirdi. 2020-ci ildə bu göstərici 380, pandemiyadan əvvəlki il isə 300 manat olub. Bütövlükdə, 2019-cu il ilə müqayisədə buğdanın dövlət alış qiyməti bu il 50 faizə yaxın artırlır”, - söylən V.Bayramov hesab edir ki, yeni qərar fermerləri buğda istehsalına təşviqi məqsədi daşıdığı üçün bu taxil yetişdirilməsinə marağı daha da artıracaq.



Millət vəkili son qərarın çörəyin qiymətinə artırıcı təsir etməyəcəyini düşünür:

“Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı mətbəxdə xüsusi paya malikdir. Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər həmçinin digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 90 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30 faiz artmışdı.


Buna görə də, ən uyğun yol idxaldan asıllığın aradan qaldırılmasıdır.


2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənir”.

Vasif


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi