Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu maşınların kredit şərtləri sadələşdirilir -VİDEO
2030-cu ilə qədər ölkəmizin əsas hədəflərindən biri də təmiz ekoloji mühitə sahib olmaq üçün elektrik və hibrid avtomobillərdən istifadəni stimullaşdırmaqdır. Bu məqsədlə yeni bu növ avtomobillərin nisbətən sadə kredit şərtləri ilə alınması üçün təkliflər hazırlanır.
Həmin təkliflərdə nələr var?
İlkin ödəniş faizi və kredit dərəcəsi aşağı salınacaq.
Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaq üçün yeni təkliflər hazırlanır. Təkliflərə əsasən artıq yeni elektrik mühərrikli və hibrid avtomobilləri kreditlə almaq üçün şərtlərin sadələşdirilməsi nəzərdə tutulur.
Mövcud qaydalara əsasən yeni avtomobil alan zaman mütləq ilkin ödəniş 40 faiz təşkil edir. Yeni təkliflərdə bu faizin aşağı salınması nəzərdə tutulur.
Kreditin illik faiz dərcəsinin isə 10%-ə endirilməsi gündəmdədir.
Azia.az xəbər verir ki, ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bu təkliflər qəbul edilərsə, belə avtomobilərə maraq artacaq.