Müştərilər `Rabitəbank`ı yıxıb-sürüyür... - NARAZILIQ!
Dəfələrlə yazmışıq ki, dünyanı banklar idarə edir.
Dünyanın bütün güc mərkəzləri bankların üzərində dayanır.
Bəli, bütün sanksiyalara baxmayaraq müxtəlif banklar milyardlarla çirkli pulları “təmizləyə” bilir.
Bu barədə uzun-uzadı danışmaq istəmirik.
Sadəcə, onu qeyd etmək istəyirik ki, 31 illik müstəqillik dönəmində Azərbaycanın bank sisteminə rəhbərlik edən Elman Rüstəmov bir neçə gün öncə başqa vəzifəyə getdi. Amma...
Əmması odur ki, Bank sistemindən elə bir dəhşətli miras qalıb ki, onu aradan qaldırmağa illər lazımdır.
Bəli, Mərkəzi Bank lisenziya verdiyi bankların hər birindən nələr alıb...qoy bunu dövlət qurumları araşdırsın...
Mərkəzi Bankın "fəalliyəti" sayəsində bu gün Azərbaycandakı bank faizləri heç Afrikada da yoxdur.
Mərkəzi Bankın keçmiş rəhbərliyi ən güclü devalvasiyadan 1 gün qabaq dedi ki, infilyasiya olmayacaq. Amma 3-4 gün qabaq neçə milyard pul ölkədən çıxarılmışdı, ay qardaşlar...?
Sözün qısası, Mərkəzi Bankın “törəmə” banklarından biri də “Rabitə Bank” ASC-dir.
Az qala ölkənin ən ucqar rayonlarında bu bankın filialları var.
Amma...
Əmması odur ki, bütün banklar Mərkəzi Banka hesabat verdiyi halda, Rabitəbank hesabat verməyib.
Və Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov öz açıqlamasında deyir ki, Rabitəbanka möhlət vermişəm.
Vallahi, adam məəttəl qalır ki, sən NİYƏ Rabitəbanka möhlət verirsən..?
Qanun hamıya şamil olunmalıdır.
Hələ bu harasıdır..?
Bankın müştəriləri sosial şəbəkəni dağıdır ki, “Rabitə Bank”ın rəsmi internet saytına giriş mümkün deyil.
Bəli, xeyli müddət bankın rəsmi internet saytına (www.rabitabank.com) daxil olmaq mümkün olmayıb.
Niyə, səbəb nədir..?
Bəlkə kiməsə təcili bank əməliyyatı lazımdır. O gözləməlidir ki, görək, bankın saytı nə vaxt işləyəcək..?
Vətəndaş yazır ki, Rabitəbankda müştəri xidmətləri bərbad vəziyyətdədir. Filiala yaxınlaşıb ödəniş etdim 1 saata yola salırlar və üstəlik bankomatları işləmir deyə post terminalla ödəniş etmək istədim o da işləmirdi.
Başqa bir müştəri yazır ki, USD debüt kartı almaq istəyirdim. Sifariş 3 iş günü ərzində hazır olmalı idi, amma 1 həftədən sonra dedilər ki, gəl, getdim və saat yarım gözləyəndən sonra pulu dollarla ödəməlisən...
Təsəvvür edirsiniz, kartı almaq üçün 7 dollar pul ödəməlisən, müştəri deyir 7 dolları çevirin manata ödəyim, amma bank razılaşmır...
Başqa müştəri deyir ki, kredit kampaniyalari keçirdəndə bütün məlumatları vermirlər.
Bankın rusdilli müştərisi yazır:
Zаказал карту 12-го числа онлайн на сайте. Заполнил все данные как требовалось. Сегодня 16-е число, никаких новостей вообще нет. Будто ничего и не заказывал.
Господа, я для вас горячий клиент, который зашел на ваш сайт и сам заполнил форму для заказа карточки. То есть я только что собирался стать вашим клиентом, а вы просто игнорируете меня.
Rusdilli müştəri deyir ki, bankın saytına yazsam da 7 dəqiqə gözlədim cavab olmadı. Və məcbur olub, banka zəng vurdum. Operator 1 saniyə gözləyin deyərək musiqi qoşdu və 3 dəqiqə gözlədim, gördüm ki, dəstəyi asdılar.
Rusdilli müştəri vətəndaşlara müraciət edir ki, Rabitəbankdan uzaq olun.
Yuxarıda qeyd etdik ki, Rabitəbank az qala Mərkəzi Bankı saymır.
Məhz buna görə, Rabitəbank qanun qarşısında cavab verməlidir.
Belə ki, qanunvericiliyə və normativ tələblərə müvafiq olaraq banklar maliyyә ilinin qurtarmasından әn geci beş ay müddәtindә maliyyә hesabatını auditor rәyi ilә birlikdә maliyyә bazarlarına nәzarәt orqanına tәqdim etmәli və dәrc etdirmәlidirlər. Bununla əlaqədar, əksər banklar tərəfindən müvafiq hesabatların rəsmi internet saytlarında açıqlanması təmin olunmuşdur.
Amma Rabitəbank hesabat vermir.
Bankın daha bir problemi ilə bağlı bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, sözügedən bankın hesabatlarında ziddiyyətlər var: “Rabitəbankın öz saytında ötən il üzrə yalnız kənar auditor tərəfindən təsdiqlənməyən rüblük hesabatlar yerləşdirilib. Lakin illik və 2015-ci ilin IV rübü üzrə hesabatlar arasında uyğunsuzluqlar var. Məsələn, illik hesabatda nizamnamə kapitalı 46,247 mln. manat, rüblük hesabatda isə 48,5 mln. göstərilib. Digər misal: illik hesabatda cəmi kapital 41,358 mln. manat, rüblük hesabatda isə 58,479 mln. manat göstərilib. Başqa sözlə, bankın saytında cəmi kapital (xalis aktivlər) haqda dərc edilmiş məlumat xeyli şişirdilib. Yəni, bank ictimaiyyətdə və müştəriləri arasında özü haqda yanlış təsəvvür yaratmaq istəyib”.
Sözün qısası, mediada yayılan xəbərə görə, müştərilər “Rabitə Bank”dan pullarını geri çəkir.
Yazıda müxtəlif saytların məlumatlarından istifadə olunmuşdur.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
Mənbə:My Webpage