azia.az
azia.az

“Mərkəzi Bankın uçot dərəcəsini artırması heç bir dəyişikliyə səbəb olmayacaq” - Əkrəm Həsənov

18-03-2022, 20:45

“Mərkəzi Bankın uçot dərəcəsini artırması heç bir dəyişikliyə səbəb olmayacaq” - Əkrəm Həsənov
“Mərkəzi Bankın uçot dərəcəsini artırması heç bir dəyişikliyə səbəb olmayacaq. Bu, gözdən pərdə asmaq üçündür. Guya Mərkəzi Bank hansısa fəaliyyətlə məşğuldur. Uçot dərəcəsi Mərkəzi Bankın digər banklara verdiyi faiz dərəcəsidir. Yəni, normal iqtisadi bank sistemində uçot dərəcəsi çox əhəmiyyətli alətdir. Misal üçün, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini dəyişməsi nəinki ABŞ-a, bütün dünya ölkələrinə təsir edir. Çünki uçot dərəcəsi inflyasiya təhlükəsi olan zaman artırılır. Belə olan halda, uçot dərəcəsi artırıldıqda kreditləşdirmə məhdudlaşır”. Açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, Azərbaycanda Mərkəzi Bank bütün banklara kredit vermədiyi üçün sağlam rəqabət yoxdur: "Avropa və ABŞ-da isə Mərkəzi Bank bütün banklara həmin faiz dərəcəsi ilə kredit verir. Ona görə də uçot dərəcəsinin dəyişməsi bankların da vətəndaşlara verdiyi kreditlərin faizlərinə təsir göstərir. Ölkədə isə Mərkəzi Bank yalnız bir neçə banka kredit verir. Ona görə də uçot dərəcəsini ya artır, ya da endir, onsuz da, bazara təsir etmir. Təsəvvür edin, kartofun kilosunu 1 qəpikdən, yəni çox ucuz satışa çıxarıram, amma kimsə gəlib məndən kartof almaq istəyəndə, deyirəm ki, “yox, mən kartofu yalnız tanışlarıma və qohumlarıma verirəm”. Eynilə, Mərkəzi Bankın iş prinsipi də buna bənzəyir, çünki kreditlər bütün banklara bərabər verilmir. Sadəcə olaraq, Mərkəzi Bank ildə bir dəfə xatırlatma edir ki, guya hansısa işlə məşğuldur. Reallıqda isə, heç bir işlə məşğul deyil”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi