azia.az
azia.az

"BakuBus" MMC-nin reklamları da NARAHATÇILIQ YARADIR... - BNA da şikayətə baxmır...

19-04-2022, 10:36

"BakuBus" MMC-nin reklamları da NARAHATÇILIQ YARADIR... - BNA da şikayətə baxmır...
"Mənim şikayətim BakuBus MMC-ə məxsus şəhəriçi avtobuslardaki səsli reklamlar haqqındadır. Baxmayaraq ki, dəfələrlə həm özüm , həm ətrafımdakı tanışlarım Bakı Nəqliyyat Agentliyinə elektron şikayət ünvanlayıb amma onların cavabı sadəcə şablon mesajdan o tərəfə keçməyib". Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Tacəddin Poladzadə adlı istifadəçi qeyd edir.

"BakuBus" MMC-nin reklamları da NARAHATÇILIQ YARADIR... - BNA da şikayətə baxmır...
Daha rona narazı vətəndaş yazır: "Nəzərə alacaqlarını desələr də görüntü budur ki, qayğısız yanaşırlar vətəndaşın şikayətinə. Səssiz kabinetlərində qulağı dinc oturan bu rəhbərlər və idarəçilər vətəndaşın qulağını zorlayaraq səsli reklam üzərindən pul qazanırlar. Hər 2-3 dəqiqədən bir reklam verilir özü də gur səslə. Market reklamlarından tutmuş telefon reklamlarına kimi. Hələ son dönəmlər türk seriallarının da reklamına keçiblər.Yaşlını , xəstəni, əsəbi zəifi anlamır bu danqabaşlar. Onlara vətəndaşın şikayəti və ya şikayətin təmin olunması maraqlı deyil. Səsli reklamlar barədə şikayəti bir dəfə bu qrupda XaliqFaiqoğluna məxsus avtobuslar barədə də yazmışdım. Çox sağolsunlar ki, tamam azaldıblar. İndi sıra BakuBus MMC şirkətindədi. Görək onlarçün vətəndaşın(sərnişinin) mövqeyi önəmlidi, ya özlərinin cibi".

İddia olunanlarla bağlı qarşı tətərfi də dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi