azia.az
azia.az

Bir dolları baha satmağa çalışanlar həbs edilə bilər (XƏBƏRDARLIQ)

15-04-2022, 16:53

Bir dolları baha satmağa çalışanlar həbs edilə bilər (XƏBƏRDARLIQ)
"Bəzi insanlar yayılan yalan - guya ki, Amerikalı iş adamı İlon Maskın 2013-cü ilə aid 1 dollarlıq əskinazları bitkoinlə dəyişəcəyi haqqında məlumatlara aldanaraq əllərində olan 1 dollarlıq əskinazların Mərkəzi Bankın elan etdiyi məzənnədən daha dəyərli olduğunu düşünərək və ya elə olmadığını bilə-bilə, dələduzluq məqsədi ilə bu əskinazları dəyərindən dəfələrlə yuxarı qiymətə müxtəlif satış platformalarında satmağa çalışırlar. Digərləri isə bu əskinazların dəyərli olduğunu düşünərək bunları almağa həvəs göstərir. Bu qətiyyən yol verilməzdir".

Azia.az xəbər verir ki, bunu Marja.az-a investisiyalar üzrə ekspert Orxan Bağırov bildirib.

O qeyd edib ki, valyuta mübadiləsi lisenziyalı fəaliyyət növüdür və onun lisenziyasız açıq və ya gizli satışı qanunla qadağandır:

Bir dolları baha satmağa çalışanlar həbs edilə bilər (XƏBƏRDARLIQ)
"Bu vergi qeydiyyatı tələb edən sahibkarlıq növüdür və əks halda fəaliyyəti qanunla qadağandır. İnsanlar satış edərkən bu əskinazların dəyərli olduğunu iddia etdiyi üçün bu hüquq-mühafizə orqanları tərəfindən dələduzluq kimi də qiymətləndirilə bilər, hansı ki, bu da öz növbəsində qanunla qadağandır. Vətəndaşlarımızı diqqətli olmağa və belə spekulyasiyalara inanmamağa çağırıram".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi