azia.az
azia.az

Sahibkarlar NİYƏ ÜSYAN HƏDDİNDƏDİr... - NARAZILIQ!

14-04-2022, 10:55

Sahibkarlar NİYƏ ÜSYAN HƏDDİNDƏDİr... - NARAZILIQ!
2021-ci ilin 16 oktyabrında “Metro City” ticarət mərkəzində baş verən yanğında 31 nəfər sahibkarın malları yandı. Yanğından zərər görən sahibkarlar indi müdriyyətlərindən nə kompensasiya, nə də işləmək üçün yer ala bilir.

DİA.AZ xəbər verir ki, ticarət mərkəzinin sığortası olub. Şikayətçilər deyir ki, müdriyyətdən onlara bildiriblər ki, sığorta onlara pul ödəyən kimi onlar da mal sahiblərinə kompensasiya verəcəklər. Sahibkarlar deyir ki, onlara ümumilikdə 1 milyon manata yaxın ziyan dəyib, amma 6 aydır bu məbləğdən heç nə ödənmir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməliyyat-istintaq idarəsində təhqiqat aparılır. Şikayətçilər istintaqın gedişindən də narazıdırlar.

“Metro City” ticarət mərkəzinin müdiri kimi təqdim olunan Füzuli adlı şəxsə zəng etsək də, telefonu açmadı. İşi aparan müstəntiq Fuad Məhərrəmov bildirdi ki, şikayətçilərin narazılığına əsas yoxdur, istintaq davam edir.

Altı aydır işsiz qalan şikayətçilər ailə üzvlərinin köməyi ilə, ya da tanışlarından borc alaraq yaşadıqlarını deyirlər. Onlar ticarət mərkəzinin yaxın müddətdə təhvil veriləcəyindən əllərini üzüblər, yeganə istəkləri onlara dəymiş maddi zərərin ödənilməsidir.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi