azia.az
azia.az

“Vaxtı keçmiş məhsula yeni etiket yapışdırıb satışa çıxarırlar” - Eyyub Hüseynov

12-04-2022, 16:41

“Vaxtı keçmiş məhsula yeni etiket yapışdırıb satışa çıxarırlar” - Eyyub Hüseynov
Milli Məclisin ötən iclasında deputat Rüfət Quliyev ticarət şəbəkələrində kifayət qədər vaxtı keçmiş qida məhsullarının satılması barədə həyacan təbili çalıb. O, bildirib ki, dövlət bunu nəzarətə götürməlidir.

Deputat həmçinin qeyd edib ki, ölkəmizdə satışda vaxtı keçmiş dərmanlar və onların tərkibləri barədə ciddi nəzarətə ehtiyac var. Dərmanların həm qiymət, həm də keyfiyyətinə nəzarət artırılmalıdır.

Açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, deputat Rüfət Quliyev bu məsələdə haqlıdır.

“Çox nadir hallarda bizə bu cür yazılı şikayətlər gəlir. Lakin ölkədə bu sahəyə nəzarət kifayət qədər olmadığından bu hallar baş verir. Hansı dərmanların içliyi Azərbaycan dilində deyil, deməli qaçaq yolu ilə gətirilib. Qaçaqmal yolu ilə gətirilən dərmanlar vaxtı keçmiş də ola bilər, ola bilər etiketi ayrı, içi ayrı olsun. Bəli mən Rüfət Quliyevin fikrini təsdiq edirəm ki, belə hal ola bilər”.

Ekspert qeyd etdi ki, vaxtı keçmiş ərzaqlarla dövlət orqanları mübarizə aparır:

“Məhsul sonuncu gününə qədər, üstünə hansı tarix yazılıbsa, həmin gün sonu satışdan çıxarılmalıdır. Vaxtı keçmiş ərzaqların yenidən etiket yapışdırılması, yenidən satışa çıxarılması ilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyi işlər aparıb, insanlar həbs olunub və s”.

Müsahibimizin sözlərinə görə, əslində məhsulun vaxtı keçən kimi poliqona verilməlidir, lakin belə deyil:

“Hər gün 10 tonlarla məhsulun vaxtı keçir. Bəs bunlar necə olur? Yalnız Azad istehlakçılar Birliyinin Sumqayıt şöbəsinin sədri İbrahim İbrahimov məhvetmə prosesində iştirak edir. Bu “Sun Food” şirkətidir. Ardıcıl olaraq vaxtı keçmiş malları yığır və Sumqayıt poliqonunda məhv edir. Digər şirkətlər, istehsalçılar nə edirlər? Biz belə nəticə əldə edirik ki, onları bir şəkildən digər şəkilə çevirir, insanlara verirlər. Bu saat vaxtı keçmiş məhsulların məhvetmə proseduru belədir: onları satışdan çıxarırlar, qaytarırlar istehsalçıya. İstehsalçı da bildiyini edir. Biz Qida Təhlükəsizliyi Agentliyinin qarşısında məsələ qaldırırıq ki, vaxtı keçmiş mal birbaşa zibil poliqonuna getməlidir. Təəssüf ki, alqoritm belə deyil”.

Eyyub Hüseynov əlavə etdi ki, dünya təcrübəsində vaxtı bitməyə az qalmış məhsullar müxtəlif cür dəyələndirilir:

“Avropa ölkələrində ayrıca mağazalar şəbəkəsi var. Vaxtı keçməyə az qalmış mallar ötürülür o şəbəkəyə, oradan insanlar ucuz qiymətə alır. Digər ölkələrdə də vaxtı keçmiş malın satışı qadağandır. Bizdə də yarada bilər. Bu işi biznes klublar etməlidir”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi