"Dynamic Express"lə kimsə bacarmır? - Vətəndaş CANA DOYUB
"Şikayətim Dynamic Express adlı kargo ilə bağlıdır. Uzun yazı olacaq, amma ümidvaram ki, yorucu olmayacaq". Bu barədə "Mütəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Yusif Dövlətov adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Deməli, noyabrın 26-sı kargonun Amerika ünvanına Aliexpressdən məhsul sifariş etdim. Daha sonra mənə "Aliexpressdən sifariş qəbul etmirik" yazdılar. Mən isə bildirdim ki, bağlama Amerikaya çatdıqdan sonra(öncəsində mümkünsüz idi) mübahisə açacağam, bu səbəbdən də bağlamanı təhvil almağa ehtiyac olmayacaq. Bağlama Dekabrın 12-si Amerikaya çatdı və bundan sonra mübahisə açdım. Mübahisənin üstündən 2 gün keçdikdən sonra "Amerika anbarına bağlama qəbul etməyən kargo" bağlamanı təhvil aldı və Aliexpress haqlı olaraq ödənişi qaytarmağı rədd etdi, çünki bağlama kargo əməkdaşı tərəfindən imzalanmışdı.
Bu məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - ni məlumatlandırdım, Dynamic ilə əlaqə saxlanıldı və kargo tərəfindən təzminat ödəniləcəyini bildirdilər, amma üzərindən 3 həftə keçsə də, ödəniş edilmədi.
Buna görə də son olaraq Aliexpress ilə əlaqə saxladım və kargonun yalan danışdığını onlara da bildirdim. Aliexpressin təklifi isə bağlama satıcıya çatdıqdan sonra ödənişin qaytarılması oldu. Bundan sonra satıcı ilə əlaqə yaratdım, satıcı bağlamanın göndəriləcəyi ünvanı yazdı. Ünvanı Dynamicə göndərdim və iki seçim oduğunu yazdım ya təzminat, ya da bağlamanın satıcıya qaytarılması. Dynamicin əməkdaşı ilə ilk dəfə telefonla danışanda bağlamanın qaytarılmasının mümkünlüyündən bəhs etsə də, bu gün həmsöhbət olduğum digər əməkdaş isə yazışmalardan göründüyü kimi, mənə "yaradıcı fikirlər" verməyə çalışır, həmçinin, kargonu göndərmək haqda "baha başa gəlir" deyirdi.
Nəzərinizə çatdırım ki, eyni kargo ilə həmin ərəfədə bir sifarişim daha olub. Həmin sifarişi isə 3 ay sonra ala bilmişəm. Üstəlik, 1 aydan çox yerli anbar statusunda idi. Bunu da xüsusi ilə qeyd etməyimin səbəbi isə budur ki, özləri 3 gündən sonra cərimə hesablayırlar. Bəs, bu kimi hallara görə cərimə ödəyirlərmi?
Bütün bunlarla yanaşı, Aliexpressdən 10 ilə yaxındır istifadə edirəm və ilk problem Dynamic sayəsində oldu. Dynamic xaricindəki kargo şirkətlərindən isə indiyə qədər Mover(100-dən çox) və Starex ilə sifarişlərim olub, amma heç birində problem yaşanmayıbsa, deməli, problem sizdədir, Dynamic Express. Qeyd etdiyim kimi, ya sifarişi satıcıya qaytarın ki, ödənişimi Aliexpress etsin, ya da təzminat ödəyin.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, eyni məhsuldan(çanta) yenidən sifariş etmişəm və daha sonra "Aliexpressdən bağlama qəbul etməyən Dynamic Express" bağlamanı təhvil aldığı üçün $40.70 ziyandayam. Dynamic səhvini qəbul edərək bağlamanı satıcıya göndərmək, və ya təzminat ödəmək istəmir.
Uzun sözün qısası, əsəblərinizi korlamaq, vaxtınızı itirmək istəmirsinizsə, Dynamic Expressdən uzaq olun və mənim etdiyim səhvi etməyin, yəni aşağı qiymətlərə aldanmayın.
Zəhmət olmasa, təkliflərinizi, şikayətlərinizi və digər rəylərinizi bildirin ki, paylaşım üstdə qalsın".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Mənbə:My Webpage