azia.az
azia.az

Həyətlərdəki quyuların suyu pullu olacaq? - AÇIQLAMA

31-03-2022, 21:30

Həyətlərdəki quyuların suyu pullu olacaq? - AÇIQLAMA

"Özəl torpaq sahələrində təzyiqsiz su quyularının qazılması və oradan çıxarılan sudan istifadə də ödənişsizdir”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə "Sudan ödənişli istifadə Qaydaları”na edilən dəyişikliklərlə bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirərkən deyib.

"Torpaq sahələrinin sahibləri öz ehtiyaclarını ödəmək üçün təzyiqsiz su quyularının qazılmasını və istismarını ödənişsiz həyata keçirə bilərlər. Bu baxımdan xüsusi vurğulamaq lazımdır ki, əhalinin həyətyanı sahələrində istifadə etdiyi fərdi su quyularının mütləq əksəriyyəti bu kateqoriyaya aiddir, yəni ödənişdən azaddır", - nazir müşaviri bildirib.

O vurğulayıb ki, bu qaydalardan yola çıxaraq, həmin ödənişlərin olunması mexanizmləri işlənəcək:

"3 ay ərzində bu təqdim olunmalıdır. Eyni zamanda tariflərin müəyyən olunması həyata keçiriləcək. Tariflərin müəyyən olunması zamanı differensiallaşmış yanaşma tətbiq olunacaq.

Yəni suyun götürülmə obyektindən, miqdarından, keyfiyyətindən, nəql metodlarından və ümumiyyətlə, suyun istehsalına təsir edən istənilən amildən asılı olaraq bunlar müəyyənləşdiriləcək. Differensiallaşmış o deməkdir ki, əhalinin həssas hissəsinə təsirsiz ötüşməsi üçün bu həyata keçiriləcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi