Əhalini sevindirəcək XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq
Ölkəmizə gətirilən bəzi avtomobillər idxal rüsumundan azad olunacaq. Xəbər verilir ki, Dövlət Gömrük Komitəsi elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması üçün təkliflər hazırlayıb. Müvafiq qurumlardan müsbət rəy alındıqdan sonra təkliflər hökümətə təqdim olunacaq. İqtisadçı-ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə deyib ki, hazırda bu növ nəqliyyat vasitələrinə görə rüsum tələb edildiyi üçün belə maşınların ölkəyə gətirilməsində müəyyən çətinliklər yaşanır.