Nazirlik bu qurumun qarşısında NƏDƏN ACİZDİR? - NARAZILIQ!
"Mən şikayət yox, bir tragikomediya paylaşmaq istəyirəm. Deməli, keçən ilin sonu bir mağazadan projektor hədiyyə almışdılar mənə. Elə alınan gün hədiyyə ediləndə "lazım deyil" dedim. Gedib qaytaraq başqa nəsə alarıq lazım olan... Qaytarmadılar". Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ərtoğrul Bayram adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Güvəndim ki, arxamda bütün AzTV-nin təriflədiyi dövlətimiz var şikayıt edərəm, həll edərlər. Antiinhisara yığdım daha sonra mənə mobil nömrədən oranın işcisi olan Cəmilə xanım adında biri yığdı. Sağ olsun maraqlandı, soruşdu, dedi sizə məktub gələcək. Ona uyğun addım atarıq. Dedim nə yaxşı atdı nömrəmi bloka. Başqa nömrə ilə zəng elədim dedi narahat olmayın bu həftə gələcək. Nəzərə alın ki, "bu həftədən" çox həftə keçib heç nə gəlmədi. Yenidən zəng etmək istəyəndə gördüm ki, bəs təzə nömrə də blokdadır. Daha sonra zəng etmişəm İqtisadiyyat nazirliyinin qaynar xəttinə şikayət etməyə məndən təzədən vaxt zaman soruşurlar. İzah edirəm ki, dəqiqliyi ilə nömrələr, vaxt və zaman yadımda qalmaya bilər. Mən hər şikayət edəndə qeydə alınıb deyiblərsə bu sistemdə olmalıdır. Nə isə guya ki, bu bəy də şikayətimi qeydə alıbmış. Neçə gün keçib üstündən. Aldığımı da işlətməmişəm heç.
Həmən mağaza Elephant Accesoriesdir. Tarqovuda yerləşir. Qayatarmayanda dedim ki, sizdən şikayət edəcəm. Cavabları bu oldu ki, kimə istəyirsiniz edin qaytarmayacağıq. Yəqin həm "İqtisadiyyat Nazirliyinin", həm də "Antiinhisarın" necə səriştəsiz və yarıtmaz bir qurum olduğuna bələddirlər".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Mənbə:My Webpage