azia.az
azia.az

Putinin rublla ödəniş həmləsi fiaskoya uğrayır: Avropadan reaksiyalar

25-03-2022, 08:53


Avropa İttifaqı ölkələrinin baş nazirləri Rusiya Federasiyasına qaz tədarükünə görə rublla ödəniş etməyin mümkün olmadığını bildirirlər. Xəbər verilir ki, bu barədə media siyasətçilərin sözlərinə istinadən məlumat yayıb.
Məsələn, Almaniya kansleri Olaf Şolz bildirib ki, qaz tədarükünün müqavilələrdə digər valyutalarla - avro və dollarlarla gedəcəyi göstərilib.
Putinin rublla ödəniş həmləsi fiaskoya uğrayır: Avropadan reaksiyalar
"Hər yerdə möhkəm razılaşmalar mövcuddur ki, orada ödənişin aparıldığı valyutanın göstərilməsi müqavilənin bir hissəsidir. Bu işləməlidir", - kansler deyib.

İtaliyanın baş naziri Mario Draqi təbii qaz üçün ödənişlərin rubla çevrilməsinin müqavilələrin pozulması kimi qiymətləndiriləcəyini bildirib.

"Bu, əslində müqavilə pozuntusudur. Əgər bu maddə Rusiya tərəfindən irəli sürülürsə, müqavilələr pozulmuş sayılır".

Sloveniyanın baş naziri Janez Yanşa bildirib ki, Avropa İttifaqı qazın pulunu rublla ödəməyəcək. O, həmçinin qeyd edib ki, Avropada çətin ki, kimsə "rublun necə göründüyünü” bilsin.

Bu arada Belçikanın baş naziri Aleksandr de Kros qeyd edib ki, qaz tədarükü müqavilələri üzrə ödənişlərin rublla aparılmasına keçid alınan yanacağın qiymətinin dəyişməsinə səbəb ola bilər.

"Müqavilənin şərtlərini dəyişsək, o zaman qiymətlər də daxil olmaqla, hər şeyi yenidən müzakirə edə bilərik. Mənim üçün ən önəmlisi qiymətlərin enməsidir. Bu gün qiymətlər tamamilə reallıqdan kənardır, şadam ki, Avropa Komissiyası təkliflərlə, o cümlədən qazın qiymətinə məhdudiyyətlərin tətbiqi ilə bağlı çıxış edib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi