azia.az
azia.az

Gərginlik pik həddə: Putin təminat vermədi - Bu müharibə daha dəhşətli olacaq

8-12-2021, 16:16

Gərginlik pik həddə: Putin təminat vermədi - Bu müharibə daha dəhşətli olacaq
“Hazırda beynəlxalq aləmdə ən çox səslənən sual budur: Rusiya Ukraynaya hücum edəcəkmi? Dekabrın əvvəllərində ATƏT xarici işlər nazirlərinin Stokholm toplantısında da əsas müzakirə mövzusu Ukrayna idi. Heç kim müharibə istəmədəyini dedi, ancaq hamı müharibədən danışdı”.

Kanal.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ukrayna ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putinin dekabrın 7-də videoformat çərçivəsindəki iki saatlıq müzakirəsinin də əsas mövzusu olub:

“Prezidentlər yekun qərara gəlmədilər, yalnız dialoqu davam etdirəcəklərini bildirdilər. Co Bayden Vladimir Putindən təminat almaq istəyirdi ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Öz növbəsində Vladimir Putin də Co Baydendən təminat almaq istəyirdi ki, NATO Şərqə doğru genişlənməyəcək və Ukrayna Şimali Atlantika Blokuna üzv olmayacaq. Bayden bununla bağlı Putinə təminat verə bilmədiyi kimi Putin də Baydenə heç bir təminat verməyib.

Vladimir Putin illərdir eyni fikri təkrarlayır: “1990-ci illərdə Almaniya Federativ Respublikası Almaniya Demokratik Respublikası ilə birləşərkən və sovet qoşunları keçmiş sosialist Almaniyasını tərk edərkən ABŞ və Avropa dövlətləri NATO-nun genişlənməyəcəyini SSRİ-nin o zamankı lideri Mixail Qorbaçova vəd etmişdilər. Ancaq Vaşinqton və Brüssel şifahi verdikləri vədi yerinə yetirmədilər. Ona görə indi bizə yazılı təminat lazımdır ki, NATO bundan sonra şərqə doğru genişlənməyəcək. Bu bizim qırmızı çizgimizdir”.

Buna cavab olaraq Bayden və NATO rəhbərliyi Moskvanın tərtib etdiyi “qırmızı xətt”i tanımadıqlarını bəyan ediblər. Həqiqətən Ukrayna və Gürcüstan müstəqil dövlətlərdir və istədikləri təşkilata, o cümlədən NATO-ya üzv ola bilərlər. Kremlin məntiqindən belə çıxır ki, Ukrayna və ya Gürcüstan NATO-ya üzv olsalar, bu iki ölkə Rusiya tərəfindən yenidən cəzalandırılacaq. Bu imperiya təfəkkürüdür”.

Elxan Şahinoğlu bölgədəki hərbi-siyasi duruma da diqqət çəkib:

Gərginlik pik həddə: Putin təminat vermədi - Bu müharibə daha dəhşətli olacaq
“Ukraynalı hərbçilərin sözlərinə görə, Rusiya sərhəddə 92 mindən çox hərbçi cəmləşdirib. Bəzi mülahizələrə görə, iki ölkə arasında müharibə gələn ilini yanvar və fevral aylarında başlaya bilər. Ukrayna Müdafiə Nazirliyi hücumun necə həyata keçiriləcəyi mexanizmini açıqlayıb. Kiyevin iddiasına görə Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq. Növbəti müharibənin 2014-cü ildəki müharibədən daha dəhşətli olacağı ehtimal edilir. Bu ssenariyə görə, hücumdan əvvəl Rusiya Ukraynadakı tərəfdarları vasitəsilə qarışıqlıq yaradacaq, mitinq və küçə yürüşləri təşkil edəcək.Ukrayna Prezidenti Vladimir Zelenski də jurnalistlərə verdiyi son geniş müsahibədə ona qarşı qiyam hazırlandığını bildirdi. Yəni əvvəlcə qiyam olacaq, bundan sonra Rusiya Donbas əhalisini qorumaq adı altında bu bölgəyə daxil olacaq. Krım da oxşar ssenari ilə ilhaq olunmuşdu".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi