azia.az
azia.az

Azərbaycan nefti bahalaşdı: - “Bu, emosional artımdır”

2-03-2022, 19:44

Azərbaycan nefti bahalaşdı: - “Bu, emosional artımdır”
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiymətində artım müşahidə olunub. Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,4 faiz və ya 9,6 dollar artaraq 111,9 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 15,81, maksimal qiyməti 149,66 ABŞ dolları qeydə alınıb. DİA.AZ-ın məlumatına görə, artıma səbəb olan amilləri "Sherg.az"a açıqlayan Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bildirib ki, hazırki vəziyyət emosional yüksəlmədir:

“Neft və qaz qiymətlərinin hər saat bahalaşma müşahidə olunur. Bu, emosional artımdır.
Artıma ABŞ-nin bazara əlavə neft həcmlərini və Beynəlxalq Enerji Agentliyinin 60 milyon barel neft ehtiyatlarını bazara çıxarması təsir göstərib.
Nəticədə, təbii qazın qiyməti 40 faiz, neftin qiyməti isə 7,5 faiz yüksəlib”.

Ekspert vurğulayıb ki, qiymətlərin çoxalması hərbi-siyasi risklərin təcəssümüdür:

“Rusiya-Ukrayna münaqişəsinin dünya iqtisadiyyatına daha ağır zərbə vuracağı gözlənilir.

Müharibənin ilk günlərindən neftin qiyməti 1 dollar idisə, qısa müddətdə 10 dollara qədər bahalaşdı. Buna səbəb bazar iştirakçılarının real təhlükə hiss etməsidir. Ona görə də, Qərb dövlətləri sanksiyaları gücləndirir.

Rusiya da qarşılığında əməliyyatları genişləndirir. Hətta daha da irəliyə gedərək dünyanı nüvə silahı ilə təhdid edir. Rusiyanın bu addımları bazarı gərginləşdirir. Əgər Kiyev alınsa, qiymətlər 200-300 dollar da arta bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi