azia.az
azia.az

Azərbaycan Ermənistana qaz verəcək? - RƏSMİ AÇIQLAMA

1-03-2022, 19:12

Azərbaycan Ermənistana qaz verəcək? - RƏSMİ AÇIQLAMA
Ermənistana qaz ixrac edən yeganə qurum - Rusiyanın “Qazprom” şirkəti Ermənistanda mavi yanacağın qiymətini qaldırıb.

Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının mətbuat xidmətinin məlumatına görə, Ermənistanda təbii qaza yeni tariflər müəyyən edilib.

2022-ci il aprelin 1-dən bütün istehlakçılar üçün vahid tarif tətbiq ediləcək; qazın qiyməti 1 000 kubmetr üçün 266.71 ABŞ dollarından 282.6 ABŞ dollarına, yəni 6 faiz qalxacaq.

“Qazprom” ASC Ermənistana daxili istehlak üçün yeganə qaz tədarükçüsüdür. Rusiya mavi yanacağının Ermənistandakı istehlakçılara çatdırılmasını Gürcüstan ərazisindən tranzitlə “Qazprom Ermənistan” vasitəsilə həyata keçirir.

Rusiya Ermənistana qarşı dəfələrlə belə addım atıb. 2013-cü ildə ermənilər İrəvanda Rusiya səfirliyinin qarşısında Rusiyanın qazın qiymətinin artırılması qərarına etiraz olaraq aksiya keçiriblər. “Rusiya, rədd ol Ermənistandan!”, “Qazprom, rədd ol Ermənistandan!” şüarları səsləndirən aksiya iştirakçıları bildiriblər ki, qazın bahalanması digər kommunal xərclərin və ümumiyyətlə qiymətlərin artmasına gətirər.

Həmin ilin dekabrında, Putinin Ermənistana səfəri zamanı iki ölkə arasında bağlanan müqaviləyə əsasən, “Qazprom” Ermənistandan 2043-cü ilə qədər, müəyyən gəlirliliyi təmin etmək öhdəliyi götürənədək qaz monopoliyası adlanan hüquqlar alıb.

Rusiyanın ard-arda bu cür addımlar atması Ermənistanın qaz ehtiyatını ödəməsi üçün Azərbaycana müraciət edə biləcəyi ehtimalını artırır.

Əgər Ermənistan qazla bağlı Azərbaycana müraciət edərsə, Azərbaycanın buna münasibəti necə olacaq? Azərbaycan Ermənistana qaz verə bilər? DİA.AZ-ın məlumatına görə, SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov Cebhe.info-ya açıqlamasında deyib ki, şirkət dövlətin verdiyi qərarı dəstəkləyəcək:

“SOCAR Azərbaycan Dövlət Şirkətidir, Azərbaycan dövləti nə qərar versə, biz də həmin qərarı dəstəkləyəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi