azia.az
azia.az

500 manatlıqların sayı artırılsın? – “Marketlərdə qalıq problem yaradacaq”

11-02-2022, 13:23

500 manatlıqların sayı artırılsın? – “Marketlərdə qalıq problem yaradacaq”
Son günlər sosial şəbəkələrlə Azərbaycan Mərkəzi Bankı tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılan 500 manat nominallı xatirə pul nişanlarının istehsal limitinin artırılması məsələsi müzakirə edilir.

Bəziləri həmin pul nişanın istehsal limitinin artırılmasını tələb etsə də, ideyanın əleyhinə olanlar da az deyil. Maraqlıdır, 500 manat nominallı xatirə pul nişanlarının istehsal limitinin artırılması mümkündürmü?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, 500 manatlıq xatirə pul nişanlarının istehsal limitinin artırılacağını düşünmürəm:

"Ümumiyyətlə bu məsələ Azərbaycan Mərkəzi Bankı və hökumətin pul, kredit, maliyyə siyasəti ilə müəyyən edilə bilər. Əvvəla onu deyim ki, 500 manatlıq nominallı xatirə pul nişanları məhdud sayda istehsal edilsə də, müvəqqəti tədavülə buraxılmayıb. Yəni xatirə pul nişanları olsa da, digər pullar kimi daimi tədavüldə qalır. İndiyə qədər cəmi 1 milyon ədəd 500 manat nominallı xatirə pul nişanları istehsal edilib. Bu da təxminən 500 milyon manat deməkdir. Hesab edirəm ki, bu heç də böyük bir məbləğ deyil. Ancaq sayın artırılması müəyyən problemlər yarada bilər. Ən sadə nümunə qalıq məsələsində görünə bilər. Misal üçün kiçik iaşə obyektlərində və ya marketlərdə 500 manatlıq əsginasların qalıq problemi ola bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi