azia.az
azia.az

“Azəriqaz”ın daha bir sayğac kələyi: “Vətəndaşlara dəyən ziyanı ödəməlidir” - Ekspert

26-01-2022, 13:03

“Azəriqaz”ın daha bir sayğac kələyi: “Vətəndaşlara dəyən ziyanı ödəməlidir” - Ekspert
Xəbər verdiyimiz kimi, yanvar ayının 1-dən qaz sayğacları sıfırlanmağa başlayıb.
Lakin hələ də bu proseslə bağlı şikayətlər var.
Belə ki, sayğacı sıfırlanmayan vətəndaşlar köhnə, yəni limiti keçmiş qiymətlə qazdan istifadə edirlər.
Bəs bu müddətdə köhnə tariflə yazan sayğacların ödənişi əhaliyə geri qaytarılmalıdırmı? Bu proses necə həyata keçirilməlidir?
Məsələ ilə bağlı Bakupost.az -a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, həmin müddət ərzində əhaliyə dəyən ziyan “Azəriqaz” tərəfindən ödənilməlidir:

“Qaz sayğaclarının sıfırlanması ilə bağlı çox ciddi problemlər, şikayətlər var.
Rəsmi olaraq belə bir qəribə açıqlama verilmişdi ki, 60 faizə yaxın sayğac artıq sıfırlanıb. Amma hələ də çətinlik çəkən vətəndaşlar var. Qaz sayğaclarının gec sıfırlanmağı vətəndaşların problemi deyil axı! “Azəriqaz”ın öz problemidir. Öz işlərini elə qurmalı idilər ki, əhali sıfırlanma, limit məsələsində problem yaşamasın.
Bununla bağlı mediada, sosial şəbəkələrdə, ətrafımızdakı insanlar arasında da şikayətlənənlər var. Ona görə də “Azəriqaz”ın borcudur ki, problemləri vaxtında həll etsin.
Əgər kimlərsə “Azəriqaz”ın işini doğru qurmadığına görə ziyana uğrayıbsa, sayğacları hələ də sıfırlanmayıbsa öz hesabına bu problemləri həll etməlidir.
Yəni vətəndaşlara ziyan dəyibsə, “Azəriqaz” bu ziyanı ödəmək üçün tədbirlər görməlidir”.


“Azəriqaz”ın daha bir sayğac kələyi: “Vətəndaşlara dəyən ziyanı ödəməlidir” - Ekspert


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi