Şuşada da çörək bahalaşa bilər
Unun qiyməti bahalaşdığı üçün Şuşada bişirilən cörəyin də qiyməti artacaq. Bunu Anews.az-a Şuşada fəaliyyət göstərən çörək sexinin direktoru Qəzənfər Dadaşov bildirib.
"Hələki un ehtiyatımız tükənmədiyindən yeni un almamışıq. Ancaq 2-3 gündən sonra un aldığımız dəyirmanda qiymətlər qaxdığı üçün unu yeni qiymətlərlə almalıyıq. Buna görə də çörəyin qiyməti bahalaşacaq. Nə Şuşada, nə də Laçında çörəyin qiyməti hazırda qalxmayıb"- deyə o əlavə edib.
Hazırda Şuşada 200 qramlıq çörək 20, 400 qramlıq isə - 40 qəpiyə satılır.