azia.az
azia.az

Azərbaycanın iki sərhəd rayonu ilə bağlı maraqlı STATİSTİKA - Dəyişiklik nədən xəbər verir?

29-12-2021, 16:40

Azərbaycanın iki sərhəd rayonu ilə bağlı maraqlı STATİSTİKA - Dəyişiklik nədən xəbər verir?
Qusar rayon əhalisinin pərakəndə ticarət yolu ilə aldığı məhsulların 57,5 faizi idxal hesabına təmin edilir.

Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirir ki, son illərdə qusarlılar pərakəntə ticarətdə idxal mallarına daha çox üstünlük verirlər.
Belə ki, 2013-cü ildə rayonda satılan malların 32,4 faizi idxal mallarından ibarət olduğu halda, bu göstərici 2016-cı ildə 41 faizə, 2018-ci ildə 51,6 faizə, 2020-ci ildə isə 57,5 faizə yüksəlib.

Rayonda idxal mallarına tələbin güclü olmasını mütləq göstəricilər də təsdiqləyir. 2013-cü ildə 34 milyon manatlıq idxal malları satılmışdısa, ötən il bu göstərici 112 milyon manata çatıb.

Qeyd edək ki, Qusar Azərbaycanın sərhəd rayonlarından biridir və qonşu Rusiya ilə nəqliyyat əlaqələri var.

Xarici ölkələrlə nəqliyyat əlaqəsi olan digər sərhəd rayonlarında isə pərakəndə ticarətdə idxal mallarının payı yüksək deyil. Bu göstərici, Biləsuvarda 34,3 faiz, Balakəndə 33,7 faiz, Astarada 32,8 faiz, Ağstafada 28,4 faiz, Naxçıvanda 24,8 faiz, Xaçmazda 23,5 faiz, Qazaxda 20,4 faiz təşkil edib.

Diqqəti cəlb edən əsas dəyişiklik ondan ibarətdir ki, əvvəllər Astarada pərakəndə ticarətdə idxal mallarının payı 56,4 faiz olduğu halda son illərdə xeyli azalaraq 33 faizə düşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi