azia.az
azia.az

Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan “Azərbaycanda vergi mübahisələrinin həlli sisteminin möhkəmləndirilməsi” mövzusunda texniki yardım layihəsi başa çatıb

21-12-2021, 17:58

Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan “Azərbaycanda vergi mübahisələrinin həlli sisteminin möhkəmləndirilməsi” mövzusunda texniki yardım layihəsi başa çatıb
Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan “Azərbaycanda vergi mübahisələrinin həlli sisteminin möhkəmləndirilməsi” mövzusunda texniki yardım layihəsi başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti milli vergi qanunvericiliyinin beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində beynəlxalq donor təşkilatları ilə texniki yardım alətləri çərçivəsində fəal əməkdaşlıq edir.
Belə layihələrdən biri də Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan “Azərbaycanda vergi mübahisələrinin həlli sisteminin möhkəmləndirilməsi” mövzusunda texniki yardım layihəsidir. 2020-ci ilin noyabrında start verilən və bir illik müddəti əhatə edən layihə Dövlət Vergi Xidmətində vergi mübahisələrinin həll olunması sisteminin hüquqi və institusional çərçivədə gücləndirilməsi, vergi xidməti əməkdaşlarının mübahisələrin həlli istiqamətində bilik və bacarıqlarının artırılması, vergi mübahisələri ilə bağlı aidiyyəti tərəflərin, həmçinin ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması üzrə kommunikasiya proqramı kimi komponentləri əhatə edib. LayihəNiderland Krallığının “ECORYS” şirkətininbaşçılıq etdiyi konsorsium tərəfindən həyata keçirilib.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu layihə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə onun vergi mübahisələrinin həlli məsələlərinin yaxşılaşdırılması və bu funksiyanın effektivliyini artırmaq üçün zəruri olan proseslərin inkişaf etdirilməsi üzrə atılan addımlara dəstək məqsədi daşıyıb.
Layihənin əsas məqsədi vergi ödəyicilərini narahat edən məsələlərin düzgün və zamanında həllinin təmin edilməsi üçün DVX-nin hüquqi, institusional və insan potensialının gücləndirilməsinə dair görüləcək tədbirlər vasitəsi ilə Azərbaycanın vergi mübahisələrinin həlli sisteminin yenidən qurulmasına töhvə vermək olub.
Layihənin işi üç əsas komponentdən ibarət olub.
Birinci komponent, vergi mübahisəsinin həllinin hüquqi, təşkilati və institusional əsaslarının gücləndirilməsidir. Bura mövcud hüquqi və institusional çərçivələrin əsaslı qiymətləndirilməsi, qanun dəyişikliklərinə dair tövsiyələr, Vergi Ombudsmanı institutunun potensial və proseslərinin yaxşılaşdırılması üzrə tövsiyələrin verilməsi və onun Dövlət Vergi Xidməti ilə inteqrasiyası daxildir.
İkinci komponent, Dövlət Vergi Xidmətinin vergi mübahisələrinin həlli üzrə insan resursları potensialının yaxşılaşdırılması olub. Bura vergi əməkdaşları arasında mübahisələrin həlli, inzibati apelyasiya müraciətlərinin idarə edilməsi və onların vergi ombudsmanı funksiyaları barədə təlimlərə cəlb edilməsi, habelə təlim ehtiyaclarının qiymətləndirilməsi üzrə fəaliyyətlər daxil edilib. Layihə çərçivəsində Dövlət Vergi Xidməti rəsmilərinin Avropa İttifaqı üzv ölkələrində ən yaxşı təcrübələri araşdırmaları üçün Belçika, Portuqaliya, Finlandiyaya tədqiqat səfərləri təşkil edilib.
Üçüncü komponent, vergi mübahisələrinin həlli barədə vergi ödəyicilərinin məlumatlandırılmasına dəstəyin göstərilməsidir. Buraya mübahisələrin həlli üzrə ünsiyyət (kommunikasiya) və əlaqələndirmə strategiyasının qurulması, rəylərin əldə edilməsi üçün maraqlı tərəflərin cəlb edilməsi üzrə fəaliyyətlərin həyata keçirilməsi, liflet, broşüra, məqalələr və video çarxlar daxil olmaqla təbliğat materiallarının hazırlanması daxil edilib.
Layihənin nəticələrinə gəlincə, vergi xidməti əməkdaşlarının mübahisələrin həlli istiqamətində bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilmiş işlər,layihənin benefisiarları üçün təşkil edilmiş təcrübə mübadiləsi proqramları, ekspertlərin cəlb olunması yolu ilə bu sahədə hüquqi və institusional çərçivənin gücləndirilməsi ilə bağlı hazırlanmış tövsiyələri qeyd etmək lazımdır. Layihə çərçivəsində DVX-nın xidmət və kommunikasiya sektorlarının əməkdaşları üçün təlimlər təşkil edilib.
COVID-19 pandemiyası benefisiar və digər maraqlı tərəflər arasında əməkdaşlığın yaradılmasında çətinliklər yaratdığından,layihənin həyata keçirilməsi zamanı genişmiqyaslı şəkildə onlayn alət və iclaslardan istifadə edilibvə yerli komanda üzvləri ilə əlaqələr qurulub. Layihənin sonuna yaxın məhdudiyyətlər aradan götürüldüyü üçün tədqiqat səfərləri həyata keçirilib.
Layihənin birinci komponentinin reallaşdırılması İqtisadiyyat Nazirliyinin vergi mübahisələrinin həlli institutları, hüquqi çərçivəsinin təkmilləşdirilməsi, xüsusilə zamanla Vergi Ombudsmanı funksiyasının optimallaşdırması işinə dəstək verib. Bu tövsiyələrin yerinə yetirilməsi, həmçinin ikinci komponent çərçivəsində təlim və tədqiqat səfərləri beynəlxalq səviyyədə olan yaxşı təcrübələrin heyət tərəfindən daha dərin başa düşülməsinə imkan yaradıb.
Onlar Azərbaycanda vergi mübahisələrinin həlli üzrə funksiya və fəaliyyətlərinin optimallaşdırılmasına dair potensiallarını gücləndiriblər. Üçüncü komponent üzrə fəaliyyətlər Dövlət Vergi Xidmətini maraqlı tərəflərin cəlb edilməsi və vergi mübahisələrinin həlli ünsiyyətinə dair məlumatlar, habelə mövcud sistem və həyata keçirilən dəyişikliklər barədə vergi ödəyicisinin məlumatlandırılmasının gücləndirilməsi üçün onları alət və məhsullarla təmin edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi