Mərkəzi Bankdan açıqlama: Manatın ucuzlaşması...
“Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb”.
“Ölkə.Az” xəbər verir ki, bunu Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev deyib. O bildirib ki, manatın ucuzlaşması indi də müzakirə mövzusu deyil.
“Türk lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri mümkün deyil. Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var”, - deyə o, əlavə edib.