azia.az
azia.az

Samir Şərifovdan SƏRT SÖZLƏR: “Siz kimsiz ki, …”

12-11-2021, 14:46

Samir Şərifovdan SƏRT SÖZLƏR: “Siz kimsiz ki, …”
Bir neçə gündür sosial şəbəkələrdə ölkədə ərzaq mallarının qiymətlərinin qalxması ilə bağlı müzakirələr gedir. İnsanlar öz sosial şəbəkə hesabında ərzaq qiymətlərinin qalxdığını bildirir. Bu müzakirələrin fonunda ötən gün Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifovun “ölkədə bir qəpik də qiymət artımı yoxdur” deməsi cəmiyyət tərəfindən mənfi qarşılanıb. İnsanlar Samir Şərifovu tənqid edərək, onun ərzaq bazarından xəbəri olmadığını bildirblər.

Azia.az Ucnoqta.az-a istinadən xəbər verir ki, bu müzakirələr və fikirlərlə bağlı Manset.az Maliyyə naziri Samir Şərifovla əlaqə saxlayıb. Lakin nazir onu tənqid edənlərə və qiymət artımı məsələsinə aydınlıq gətirməkdənsə, daha asan və özünə sərf edən yolu seçərək, ona bu barədə zəng etməməyi bildirib. Nazir təhdid yolu ilə anlaşılmaz açıqlama verib.

“Siz kimsiz ki, məni yığmısız? Kimdir bu mənimlə danışan? Mən nə lazımdır demişəm, bu barədə danışmayacam. İşlərinizlə məşğul olun, bir də məni yığmayın.(Manşet, bir də bu nömrəni yığmayın!) – deyə, Maliyyə naziri Samir Şərifov bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi