Onlar Samir Şərifovun köməkçisi və müşaviri imiş
Maliyyə naziri Samir Şərifovun müşavirlərinin sayı artıb.
Azia.az-in əldə etdiyi məlumata görə, nazir indiyənədək özünə 6 müşavir və bir köməkçi təyin edib.
Yusif Heydərov Samir Şərifovun köməkçisidir. O bundan əvvəl Maliyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq, ikitərəfli münasibətlər və protokol sektorunun müdiri olub.
Rafiq Hüseynov da nazirin hərbi qurumlar və hüquq-mühafizə orqanları üzrə müşaviridir. O, bu vəzifədən əvvəl Maliyyə Nazirliyinin hərbi qurumların və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri olub.
Qeyd edək ki, Elxan Cəfərov, Adil Məmmədov, Elçin Qəhramanov və Elman Mehdiyev də nazirin müşavirləridir.