Milli KSM Mükafatı 2020 qalibləri elan edildi
Milli KSM Mükafatı 2020-nin qalibləri elan edildi.
Artıq 3-cü dəfə ölkəmizdə təşkil edilən müsabiqənin əsas məqsədi dövlət siyasətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.
Qeyd edək ki, 2020-ci il ərzində həyata keçirilmiş sosial layihələr aidiyati dövlət qurumlarının nümayəndələri tərəfindən təhlil edilmiş, BMT-nin 17 Dayanıqlı İnkişaf İstiqamətləri əsasında nominasiyalar təyin edilmişdir. Ölkənin qabaqcıl mobil operatorlarından olan Bakcell, bank sektorundan Kapital Bank, Bank Respublika, Unibank, Bank of Baku və s. şirkətlər təltif edilib.
Komissiyanın tərkibi:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5. Asan Xidmət
6. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
7. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
8. Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası
9. Proaktv PR Agentliyi
Növbəti layihə qəbulu 2021-ci ilin yanvarın ayında başlayacaqdır
Daha ətraflı: 0557761110 F.ü.f.d. Şahanə SARI