Azərbaycanda ən yüksək maaşı bu sahədə çalışanlar alır - 3207 manat
2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 728,5 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib.
Bildirilir ki, bu gəlirlər 2020-ci ilin müvafiq dövrünə nisbətən cəmi 1,8 faiz artıb.
Əməkhaqqı neft-qaz sektorunda 3207,5 manat, qeyri neft-qaz sektorunda 678,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 646,2 manat, özəl müəssisələrdə isə 827,8 manat olub.(sfera)