Şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olundu
Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən “Dəniz” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Azia.az-a verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, həmçinin, sıxlıq normalarının gözlənilmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.