azia.az
azia.az

Bakıda məşhur şadlıq sarayı Nazirlər Kabinetinin qərarını heçə saydı - RƏSMİ

11-07-2021, 00:25

Şənlik mərasiminin keçirildiyi "Xəmsə" şadlıq sarayında pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Bakıda məşhur şadlıq sarayı Nazirlər Kabinetinin qərarını heçə saydı - RƏSMİ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Milli.Az-a verilən məlumata görə, AQTA pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

9 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 2403/04 ünvanında fəaliyyət göstərən "Xəmsə" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, həmin məkanda müvafiq portaldan ("icaze.e-gov.az") rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Həmçinin, şadlıq sarayında aparılan nəzarət tədbirləri zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyi aşkarlanıb. Bununla bağlı inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi