Pakistan Azərbaycana manqo ixrac edəcək - FOTO
“Gələcəkdə Pakistanda yetişdirilən manqonu Azərbaycanda mağazalarda görmək istərdim”.
Azia.az “report”a istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Bakı Manqo Festivalında bildirib.
“Pakistanda manqo 2 min ildən artıqdır becərilir. Hazırda bu meyvənin dünyada ən böyük istehsalçısı və ixracatçısıyıq. Manqonun 100-dən artıq növü var və bizdə yetişdiriləni də ən yaxşılardan biridir”, – diplomat qeyd edib.