Gürcü nazirdən Ermənistana ULTİMATUM
Xəzər bölgəsində əməkdaşlıq bütün region üçün çox əhəmiyyətlidir.![]()
Modern.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.
Nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Gürcüstan-Türkiyə-Azərbaycan üçlü əməkdaşlıq məsələsini müzakirə etdiklərini bildirib:
“Azad ticarət razılaşması haqqında da danışdıq. Bu razılaşma ilə aramızdakı ticarət münasibətləri daha da inkişaf edəcək”.
Zalkaliani Qarabağ müharibəsindən sonra bölgədə başlayan 3+3 formatı görüşlərinin Gürcüstan tərəfindən necə qarşılandığına da toxunub:
“Bölgəmizdə sabitliyin təmin olunmasının hamı üçün əhəmiyyətini anlayırıq. Ancaq bu platformalarda yer alan ölkələr mütləq başqa ölkələrin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Gürcüstan bu platformaların xaricində qalmamalıdır”.