ŞOK: SAXTA KƏRƏ YAĞININ MÜDAFİƏÇİLƏRİ TAPILDI-YENİLƏNİR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt Regional bölməsinin rəis müavini Şəhla Yusifzadə niyə saxta yağın laborator müayinəsinin nəticələrini 10 gündür elan etmir?
Soyadını gizlədən Tərlan adlı sektor müdiri isə yağlılığı 3 faiz olan və Ukraynadan 3-4 manata alınıb gətirilmiş yağı 57 faizli yağlılığı olan kərə yağı kimi 13-15 manata əhaliyə sırıyan «Azəriş» MMC-nin yerini «Təzadlar»ın əməkdaşından və şikayətçi vətəndaşdan gizlədir?
«Təzadlar»ın ötən sayında «Bakıda koronavirus qədər təhlükəli kərə yağı» başlıqlı yazı dərc edilmişdir. Yazıdan bixəbər oxuculara xatırladırıq ki, “Təzadlar”a Sumqayıtda məskunlaşmış istehlakçı-şikayətçi Nazim Orucov tərəfindən daxil olmuş şikayət məktubu və məktuba əlavə edilmiş rəsmi sənədlər, faktlar araşdırıldıqdan sonra şikayətçini redaksiyamıza dəvət etdik. Onun təqdim etdiyi sənədlər və Sumqayıtdakı «Ən ucuz marketlər» şəbəkəsindən aldığı maddi sübut- saxta yağ nəzarətə götürüldü. Məlum olurdu ki, həmin saxta yağ Sumqayıt şəhərində yerləşən “Ən Ucuz Marketlər” şəbəkəsi vasitəsi ilə satışa çıxarılmışdır. Bu ticarət mərkəzinin rəhbəri isə Vüqar Rəsul oğlu Qələndərovdur. Və məlum olur ki, istehlakçı N.Orucov Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Ən Ucuz Marketdən” 10/.02/.2020-ci il tarixdə, axşam saat 21:51-də 5 kq-lıq karton qutuda, kiloqramı 13 manat 50 qəpiyə olan və üzərinə 82,5%-li “Əla növ Ukrayna” yağı almışdır. O, yağın qutusunun üzərində yazılmış etiketə diqqətlə baxıb və görüb ki, etiket Ukraynada yox, Azərbaycanda hansısa kompüter mərkəzində primitiv formada yazılıb (Etiketin foto şəkli məktuba əlavə olunur). Maraqlıdır ki, “Ən Ucuz Marketlər” şəbəkəsinin Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazində yerləşən mağzasından şikayətçiyə təhlükəsizlik sertifikatı verilib. QT-10473/19 saylı istinad sənədinə əsasən verilmiş 008207 saylı sertifikat elə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Azəriş LTD” MMC-yə 29 may 2019-cu il tarixdə verilib (Surəti əlavə olunur). Sertifikata əsasən, 19.04.2019-cu il tarixdə “Azəriş LTD” MMC-yə məxsus tərkibi “Aipenfood” markalı bitki qarışıq kərə yağı, “Cremy Valley” markalı bitki qarışıq kərə yağı, “Ukrprodukt” markalı bitki qarışıq kərə yağı, “TM Molendam” markalı şirin kərə yağı, “TM Ukrprodukt” markalı şirin kərə yağı olmaqla, adı çəkilən MMC ümumilikdə 25 min kq yağını “Qırmızı Körpü” SKM-dən Azərbaycana keçirərək gətirmişdir. Amma marketdən alınan 5 kq-lıq karton qutunun üzərinə vurulan etiketdən aydın görünür ki, satılan yağın istehsalı 10.12.2019-cu ildir. Və real qiyməti 3-4 manat olan bu bitki tərkibli yağ isə kərə yağı adı altında «Ucuz marketlər»də (şəbəkənin sahibi Vüqar Rəsul oğlu Qələndərovdur). 13-16 manat arası dəyişən qiymətlərlə əhaliyə satılır. Və guy a yağlılığı 82 faiz olan yağın 57 faizi təmiz kərə yağıdır. Ukraynadan əldə etdiyimiz məlumatda isə bildirilir ki, bu yağın kərə yağlılığı cəmi 3 faizdir! İndi özünüz nəticə çıxarın…
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt Regional bölməsinin rəis müavini Şəhla Yusifzadə niyə saxta yağın laborator müayinəsinin nəticələrini 10 gündür elan etmir?
Beləcə, məsələyə aydınlıq gətirilməsi üçün əvvəlcə Prezident İlham Əliyevin böyük etimad göstərərək fərmanı ilə təsis etdiyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri ilə əlaqə saxladıq. Adını hələlik çəkmək istəmədiyimiz məsul şəxsə bildirdik ki:
-Siz 29 may 2019-cu il tarixdə QT-10473/19 saylı istinad sənədinə əsasən “Azəriş LTD” MMC-yə 25 ton yağ gətirməsi üçün 008207 saylı sertifikat vermisiniz. Surəti bizdə olan sertifikatda həmin MMC-nin hüquqi ünvanı göstərilib, əlaqə telefonu yazılıb. Lakin belə bir şirkət mövcud deyil, yəni, həmin ünvanda yoxdur, telefonu işləmir. Xahiş edirik, həmin MMC-nin yerini bizə deyəsiniz…
Artıq 3 saat keçib, xəbər yoxdur….
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev isə bizimlə katibənin dili ilə danışır: «Mansur müəllim deyir ki, yerində yoxdur!»
Sonra Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevlə danışmaq istədik. Əvvəlcə çox böyük çətinliklə operatorla calaşdıq, o isə bizi mətbuat xidməti ilə əlaqələndirdi. Katibə qismində bir xanım bizi sorğu-suala tutur: «Adınızı, familyanızı, iş yerinizi deyin». Az qaldı subay olub-olmamağımızı da soruşsun… sulanını cavablandırırıq… Sonra «Əlaqə nömrənizi qoyun, Mansur müəllim sizi tapacaq», -deyir.
-Xanım, operativ məlumat almaq, bir söz soruşmaq üçün Mansur müəllimin qəbuluna yazılmalıyıq? Necə olur ki, Baş Prokurorluğun, DİN-nin, DTX-nin, Ekologiya, Gömrük, «Qaçqınkom» və s. dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri ilə birbaşa zəng vurub sualımıza cavab ala bilirik, amma sizin Mansur Piriyev bizimlə katibə dilində danışır… Bu nə biabırçılıqdır???
Xanım özünü itirir, haqlı sualdan çaşır:
-Bilirsiz, Mansur müəllim dedi ki… o, yerində yoxdur…
İqtisad Universitetinin rektoru Ədalət Muradovun müəllimi olan Sumqayıt Regional bölməsinin rəis müavini Şəhla Yusifzadə isə lap ağ elədi…
Bu dəfə isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt Regional bölməsinin rəis müavini Şəhla Yusifzadə ilə əlaqə saxladıq. Çünki Şəhla xanım saxta yağın laborator müayinəsinin nəticələrini 10 gündür şikayətçi Nazim Orucova elan etmir. Niyə? Məgər bu dövlət sirridir?
-Şəhla xanım, şikayətçi sizdən narazıdır. Niyə laborator nəticəni ona vermirsiniz?
-1-2 günə veriləcək…
-Bizdə məlumat var ki, həmin saxta yağın yağlılığı 3 faizdir, amma...
-Siz hardan bilirsiniz?
-Biz Ukrayna ilə əlaqə saxladıq…
-Biz «Azəriş» MMC-yə sorğu verib cavab almışıq və…
-Çox yaxşı, xahiş edirik, bk MMC-nin dəqiq hüquqi ünvanını verəsiniz. Çünki sənəddəki ünvan doğru deyil… KİV qanunvericiliynə görə onların mövqeyini də soruşmalıyıq…
-Mən 5 dəqiqəyə zəng edib deyərəm…
5 dəqiqə 55 dəqiqə oldu və Şəhla xanım telefonu söndürdümüşdü…
Maraqlıdır, nədəncə Şəhla Yusifova bu dəfə «Azəriş» MMC-nin müdafiəsində durduğunu açıqca hiss etdirdi. Amma bu bizi çox təəssüfləndirdi. Odur ki, Şəhla Yusifovanın kimliyi ilə maraqşlandıq. Məlum oldu ki, iqtisadiyyat üzrə fəlsəfə doktoru, yəni doktorant olan Yusifzadə Şəhla Natiq qızı 8 may 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Qida məhsullarının texnologiyası fakultəsinə qəbul olunmuşdur. 1998-ci ildə həmin institutu bitirmişdir. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Qida məhsullarının texnologiyası ixtisası üzrə magistraturanı bitirmişdir. 2017-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Hazırda “Qida məhsullarının texnologiyası” kafedrasının müəllimidir.
Maraqlıdır ki, Şəhla Yusifzadənin sektor müdiri Tərlan adlı şəxslə də əlaqə saxladıq, o isə şübhəli izahları ilə bizi lap şübhəyə saldı… Hətta sonda soyadını belə deməkdən imtina etdi, «Mən heç nə bilmirəm, hər şeyi Şəhla xanım bilir…», -deyərək telefonu söndürdü.
***
Nəhayət, yazı çapa verilərkən AQTA-dan zəng edildi və bildirildi ki, «Təzadlar»ın araşdırma yazısı ilə bağlı artıq rəsmi qaydada yoxlamalara başlanılıb.
O ki qaldı ortada olan sənəd saxtalaşdırmalara və yükün qaçaqmalçılıqla “Qırmızı Körpü” SKM Gömrük məntəqəsindən necə keçirilməsinə, bu barədə şok məlumatlar var, bizi izləyin…
Artıq həm də Baş Prokurorluğa və Sumqayıt şəhər Prokurorluğuna da rəsmi müraciət edilib…
Saxta yağın gətiricisi ilə əlbir olub xalqımızın sağlamlığına ağır zərbə vuran «Ən ucuz marketlər» şəbəkəsinin rəhbəri Vüqar Rəsul oğlu Qələndərovun iki mobil telefonuna zəng etdik, mövqeyini soruşmaq istədik, telefona «otboy» verdi.
Məsələ məlum idi…
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu