azia.az
azia.az

Qida Agentlyinin "MONOPOL QOXULU" qadağası- "Həzrəti Əbülfəz" geri qayıdırmi?

7-11-2019, 12:16

Qida Agentlyinin "MONOPOL QOXULU" qadağası- "Həzrəti Əbülfəz" geri qayıdırmi?

Azərbaycanın dövlət qurumlarının fəaliyyəti sanki elə kodlaşdırılıb ki, iş adamları nə qədər çox xərcə və əziyyətə düşsə o qədər yaxşıdır.

"Sahibkarlara, biznes sahələrinə bolşevik təfəkkürlü yanaşma

"Sahibkarlara, biznes sahələrinə hələ də bolşevik təfəkkürü ilə yanaşma davam edir.

Dövlət iş adamlarının çiynində dayanır. Odur ki, iş adamlarına hücum dövlətin dayaqlarına hücumdur. Təəssüf ki, gömrük, Qida Agentliyi və vergi sahələri hələ də bu sahədə öncüllük daşıyır. Dövlət rəhbəri bu kimi struktuların qarşısına işlərini günün tələbləri səviyyəsində qurmasını şərt kimi qoysa da, bunlar hələ də sahibkarı əlavə xərcə salmaq, əziyyət verməkdən başqa mütərəqqi bir şey fikirləşə bilmirlər.

Sahibkarla milçək tələsi

Qida Agentliyi 10.05. 2019 cu il tarixində verdiyi qərarla "Aralıq dənizi meyvə milçəyinin təhlükəliliyini nəzərə alaraq idxal olunan sitrus meyvələrinin müvafiq müddət və tempuraturda (10-15 gün ərzində 0 dərəcədən -2.2 dərəcədə soyuducu depolarda saxlanması), hansısa sertifakatalrın alınması, hansısa sənədlərin təsdiqi olmadan ölkə ərazisinə gətirildiyi halda fitosanitar tədbirlərin görüləcəyi haqqında sahibkarları qorxudur. Amma sonuncu dəfə nə vaxt monitorinq aparılıb, Qida Agentliyinin rəhbərliyi harda və nə vaxt Araliq dənizi miıçəyi ilə qarşılaşıb, o haqda məlumat vermir. Dindirib soruşmasan, illərlə bu qadaganı ortadan qaldırmayacaqlar da. Çünki bu qadagalar kimlərinsə maragına xidmət edir.

Qeyd edim ki, monopoliya məhz bu cür hədələyici qərarların sahəsində ortaya çıxır. Belə ki, sahibkar sitrus meyvələrini 15 gün depoda dincə qoyub, 5 günə Bakıya çatdırıb, 10-15 günə bazarda satışını təşkil eləməyə çalışsa, əlində cürük portagal və mandalindən başqa heç nə qalmaz. Bunu o qərarı verənlər də yaxşı bilir. Belə yerdə isə ünlü monopolist "həzrəti Əbülfəz"in dövriyəyə girməsi labüd olur.

Və beləliklə Türkiyədən gələn sitrus meyvələr özəl faktura ilə Gürcüstana gətirilir, orda sənədləri və mənşə sertifkatı dəyişdirilərək Gürcüstan malı adında Azərbaycana göndərilir. Nəticədə bir maşında 1500-2000 dollardan artıq əlavə fərq yaranır ki, bu da nəticədə bazarda malların bahalaşmasına səbəb olur.

Qarşıdan portafgal ətirli Yeni ilin gəlişini də nəzərə alıb, Qida Agentliyində əyləşən yoldaşlardan təmənnamız odur ki, manapol qoxulu qərarlarına yenidən diqqət etsələr pis olmaz.

Növbəti araşdırmamızda daha ətraflı məlumatlar veriləcək.

Şahin Nəcəfov
Xəzər İş Adamlarının İqtisadi Əlaqələrinə Kömək İctimai Birliyinin sədri
miq.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi