azia.az
azia.az

Uşaq bağçalarına qədər gedib çıxan "leş ətləri" - HƏYƏCAN TƏBİLİ çalınır

29-09-2019, 11:57


Uşaq bağçalarına qədər gedib çıxan "leş ətləri" - HƏYƏCAN TƏBİLİ çalınır
“Leş mafiyasının “əl”i hər yerə gedib çıxıb. Artıq o şadlıq evlərində toy da olub, yemək də yeyilib”
Zəhərlənmələrin ən çox rast gəlindiyi yerlərdən biri şadlıq evləri, kafelər, restoranlar və.digər iaşə obyektləridir. Əhali həmin yerlərdə kütləvi ştirak edir və əsasən ət yeməkləri yeyirlər. Əsas məsələ da ölkənin ictimai iaşə məkanlarında yeyilən ət və digər məhsulların keyfiyyəti ilə bağlıdır. Maraqlıdır, görəsən hər toyda azı 300 nəfəri qəbul edən 1 şadlıq evi böyük miqdarda əti haradan alır? Qida Təhlükəsizlik Agentliyi (AQTA) şadlıq evləri, restoranlar və kafelərin ət almaq proseslərinə nəzarət edirmi?
Mövzu ilə bağlı Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Lent.az -a verdiyi açıqlamasına görə, nəinki hansısa dövlət qurumu, hətta insanların da haqqı var ki, yedikləri və aldıqları məhsulun mənbəyini öyrənsinlər:“Leş mafiyasının “əti” restoranlara, hətta uşaq bağçalarına qədər gedib çıxır. Sadəcə, bunu cəmiyyətə demək hələ tezdir. Yəqin ki, bu iş tədqiq olunacaq. Əgər Daxili İşlər Nazirliyi bu əməliyyata son qoyacaqsa, cəmiyyətə verilən məlumatı olduğu kimi də saxlamaq olar. Çünki artıq şadlıq evlərində camaat toy da edib, yemək də yeyib. Düşünürəm ki, leş mafiyası ifşa olunarsa, onların əməllərini açıqlamağa ehtiyac yoxdur. Ancaq belə görünür ki, onların “əl”i hər yerə gedib çıxıb. Təəssüf ki, Azad İstehlakçılar Birliyi ictimai təşkilat olduğu üçün restoran, kafe və.digər yerləri yoxlaya bilmir. Ancaq hər bir istehlakçının haqqı var ki, aldığı məhsulun mənbəyi barədə məlumat əldə etsin”.
AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, əhalinin sağlamlığının qorunması üçün agentlik əməkdaşları qida zəncirinin bütün mərhələlərinə nəzarət edir.
“Əhalinin kütləvi qidalandığı məkanlar, ictimai-iaşə obyektləri, kafe və restoranlar da qida zəncirinin mühüm tərkib hissəsi olduğundan bu yerlərdə də agentliyin əməkdaşları mütəmadi monitorinqlər həyata keçirir. Konkret faktlara əsaslanan hər hansı müraciətlər olduqda növbədənkənar (plandankənar) yoxlamalar da aparılır”.
Qida Təhlükəsizlik Agentliyi məsələ ilə əlaqədar Lent.az vasitəsilə əhaliyə və sahibkarlara çağırış edib: “Vətəndaşlar ictimai-iaşə obyektlərində hər hansı nöqsanla rastlaşsalar, həmin müəssisələrdə qidaların tərkibi, keyfiyyəti ilə bağlı hər hansı şübhələri olsa, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi