azia.az
azia.az

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə illik hesabatı hazırlanıb

5-08-2019, 17:30

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə illik hesabatı hazırlanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb. ARDNF-nin 2018-ci il üzrə hesabatının dizaynı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Hesabatda 100 il ərzində (1918-2018) Azərbaycanda həyata keçirilmiş ilklərə dair məlumatlar (Şərqdə ilk demokratik respublikanın qurulması, qadınlara səsvermə hüququnun verilməsi, Şərqdə ilk konservatoriyanın açılması, ilk dəniz platformasının tikintisi, Birinci Avropa oyunlarının keçirilməsi) öz əksini tapıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi