Neft Fondunun büdcəsində dəyişiklik edildi – Fərman
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” fərmanında dəyişikliklər edilməsi barədə fərman verib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, fərmana əsasən, Neft Fondun 2016-cı il büdcəsində aşağıdakı dəyişikliklər edilib:
1-ci hissədə “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə və “8 181 399,7” rəqəmləri “10 668 933,7” rəqəmləri ilə əvəz olunub.
2-ci hissədə verilmiş cədvəlin 2.1-ci bəndində “6 094 053,0” rəqəmləri “3 875 682,4” rəqəmləri ilə, 2.2-ci bəndində “2 100,0” rəqəmləri “3 402,0” rəqəmləri ilə, 2.3-cü bəndində “12 600,0” rəqəmləri “19 278,0” rəqəmləri ilə, 2.4-cü bəndində “602 790,1” rəqəmləri “679 950,2” rəqəmləri ilə, 2.5-ci bəndində “21,0” rəqəmləri “162,0” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə əvəz edilib.
1.3. 3-cü hissədə verilmiş cədvəl aşağıdakı redaksiyada verilib:
Sıra
№-si
Xərc istiqamətləri
Xərclərin məbləği
(min manat)
3.1.
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi
90 000,0
3.2.
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert
7 615 000,0
3.3.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi
70 000,0
3.4.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi
137 621,7
3.5.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi
36 558,0
3.6.
Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi
2 355 318,0
3.7.
Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi
331 776,0
3.8.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər
32 660,0
Cəmi
10 668 933,7
Fərmanın 5-ci bəndi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” aşağıdakı redaksiyada verilib:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı X Ə R C L Ə R S M E T A S I
Sıra
№-si
Xərclər
Kod
Məbləğ
1.
Əməyin ödənişi
210000
6,078,280
2.
Malların (işlərin və xidmətlərin) satın alınması
220000
4,273,448
3.
Qrantlar və digər ödənişlər
260000
636,700
4.
Təqaüdlər və sosial müavinətlər
270000
100,000
5.
Digər xərclər
280000
11,245,950
5.1.
İcarə və muzdlu xidmətlər
281400
86,000
5.2.
Sair xərclər
282100
8,397,950
5.3.
Bank xərcləri
282300
2,762,000
6
Qeyri-maliyyə aktivlərinin alınması
310000
10,325,623
XƏRCLƏRİN CƏMİ
32,660,000