Trampdan “Huawei”lə bağlı gözlənilməz qərar
ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşdən sonra bəyan edib ki, ABŞ şirkətləri “Huawei” şirkəti ilə ticarət əlaqələrini davam etdirə bilər. Bu barədə Business Insider məlumat yayıb. G-20 sammitinin mətbuat konfransında çıxış edən Tramp ABŞ şirkətlərinə “Huawei”lə əməkdaşlığa icazə verdiyini bildirib.
“Hərçənd bu, asan olmasa da, onlara icazə veririk”, - deyə o vurğulayıb. Tramp qeyd edib ki, məhdudiyyətlər üzündən az sayda ABŞ şirkəti “Huawei”lə ticarət əlaqələrinə malik olub. Onun sözlərinə görə, bir çox şirkət müvafiq icazə ala bilmədiyindən çox məyus olub.