Ramos "Real"dan gedir?
"Real"ın kapitanı Serxio Ramos "kral klubu"ndan ayrıla bilər.
azi.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb 33 yaşlı müdafiəçinin klubun prezidenti Florentina Pereslə münasibətlərinin pozulmasıdır. Təcrübəli oyunçunun komandadakı taleyinə də elə Pereslə görüşdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan aparıcı futbolçunun getməyini istəmir və ona növbəti mövsümdə də əsas heyətdə oynayacağını bildirib. 2021-ci ilə qədər Madrid təmsilçisi ilə müqaviləsi olan Ramosun Avropanın 3 aparıcı klubundan təklif aldığı iddia olunur.