azia.az
azia.az

"Real Madrid" Zidanın dönüşündən sonra ilk matçında qələbə qazanıb - VİDEO

17-03-2019, 10:39

"Real Madrid" Zidanın dönüşündən sonra ilk matçında qələbə qazanıb - VİDEO
İspaniyanın "Real Madrid" komandası baş məşqçi postuna qayıdan Zinəddin Zidanın rəhbərliyi altında ilk matçında qələbə qazanıb. "Report"un məlumatına görə, "kral klubu" La Liqasının XXVIII turunda "Santyaqo Bernabeu"da "Selta" ilə keçirdiyi görüşdə inamlı qələbə qazanıb - 2:0. İlk topu 62-ci dəqiqədə Kərim Benzemanın ötürməsindən sonra İsko vurub. 77-ci dəqiqədə isə Qaret Beyl Marselonun ötürməsini qola çevirib. Bu qələbə sayəsində xallarını 54-ə çatdıran "Real Madrid" 3-cü pillədə yer alıb. 25 xala malik "Selta" isə 18-cidir. Qeyd edək ki, Zinəddin Zidan "kral klubu"nun sükanı arxasına martın 11-də qayıdıb. Fransalı mütəxəssis 2016 - 2018-ci illərdə də bu komandaya rəhbərlik edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi