azia.az
azia.az

SOCAR - ın Bakı Ali Neft Məktəbinin 2 komandası "Teknofest"də birinci yeri tutub

30-05-2022, 11:05

SOCAR - ın Bakı Ali Neft Məktəbinin 2  komandası "Teknofest"də birinci yeri tutub
SOCAR - ın Bakı Ali Neft Məktəbinin 2 komandası "Teknofest"də birinci yeri tutub

SOCAR-ın Bakı Ali Neft Məktəbinin “İstiqlal” komandası Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı - "Teknofest" çərçivəsində baş tutan “Cansat Model Peyk” yarışının qalibi olub.

BANM-in komandası bu müsabiqə üzrə final mərhələsində hazırladıqları peyk modelini səmaya uğurla buraxaraq birinci yerə sahib olub.

Komanda BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan 5 tələbədən ibarətdir. Komandanın mentoru Bakı Ali Neft Məktəbinin məzunu və hazırda Ali Məktəbdə müəllim olaraq fəaliyyət göstərən Ramil Şükürovdur.
SOCAR - ın Bakı Ali Neft Məktəbinin 2  komandası "Teknofest"də birinci yeri tutub
Üzvlər:
1. Fidan Mahmudova
2. Səmra Hüseynova
3. Qeybulla Əliverdiyev
4. Kənan Bəgəliyev
5. Fuad Məmmədzadə(kapitan)

“Teknofest”in digər qalib BANM komandası isə “Atəşgah”dır. “Yaşıl Texnologiyalar” üzrə “Teknofest”ə qoşulan komandanın üzvləri Ali Məktəbin Kimya mühəndisliyi ixtisasında təhsil alan 3 tələbədir. Komandanın mentoru Bakı Ali Meft Məktəbinin məzunu Murad Rəhimovdur.

Üzvlər :
1. Faiq Əliyev
2. Fatimə Məmmədova
3. Fərid Əliyev(kapitan)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi