Polad Həşimovun oğlu bu futbol klubunda çıxış edir - FOTO
![]()
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov futbol məşqlərinə başlayıb.
Azia.az xəbər verir ki, o, "Qarabağ" futbol klubunun aşağı yaş qrupunda hazırlıq keçir.![]()
Davudun məşqçisi ilə çəkilən fotosu sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, şəhid generalımızın Davudla yanaşı, qızı Aybəniz və digər oğlu Teymur da vətənə yadigar qalıb.//Qafqazinfo.az