DÇ-2022: Şahruddin "3-lük"də, Emin bombardirlər arasında
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin qrup oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Millimizin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qol buraxan 6-cı qapıçıdır. O, 8 oyunda 18 dəfə qapısında top görüş. 27 yaşlı qolkiper həmçinin bu tsiklda ən çox qurtarış edən qapıçılar sırasındadır. 44 dəfə komandasını qoldan xilas edən "Şah" siyahıda 3-cü sırada yer alıb.
Seçmə mərhələdə 4 qol imza ataraq millimizin bombardiri olan Emin Mahmudov bu göstəricidə 23-39-cu yerləri bölüşdürür.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı A qrupunda 1 xalla sonuncu olub.