azia.az
azia.az

Trampdan dünya çempionatına zərbə

10-03-2017, 13:25

Trampdan dünya çempionatına zərbə


FİFA beynəlxalq futbol federasiyası ABŞ-ı 2026-cı ildə keçiriləcək dünya çempionatından məhrum etməklə hədələyib.

İstiPress-in Bloomberg-ə istinadən verdiyi məlumata görə, FİFA prezidenti Canni İnfantino bunu bəyan edib.

O bildirib ki, FİFA bu qərarı ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı imzaladığı sərəncama görə verə bilər.

“ABŞ 2026-cı ildə keçiriləcək dünya çempionatına iddialı namizəddir. Amma istisna edilmir ki, ABŞ Kanada və Meksika ilə birlikdə çempionat keçirə bilər”, - Canni İnfantino bildirib.

FİFA prezidenti deyib ki, azarkeşlər və milli komandaların rəsmilərin ABŞ-a səfər etməsi üçün şərait olmalıdır.

C.İnfantino qeyd edib ki, Donald Trampın işinə hörmət edir, amma o, ölkəsinin xeyrinə qərarlar verməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi