Bıçaqladı sonra isə selfi çəkdi
Azia.az təqdim edir: Rusiyada qanlı selfi olayının təfərrüatı məlum olub.Oxu.Az xəbər verir ki, mətbəx bıçağı ilə keçmiş ərini vurduqdan sonra onunla selfi çəkdirən qadın bildirib ki, mübahisəyə səbəb qısqanclıq olub. “O sərxoş idi, çalışdı məni otaqdan çıxarsın. Döymək istəyirdi”, – deyə o vurğulayıb.
Bununla belə qadın keçmiş ərini bıçaqladıqdan sonra onunla selfi çəkdirib şəkli Instagram-a yerləşdirməsinin səbəbini açıqlamayıb.
Bildirilir ki, dava zamanı qadın da sərxoş olub. Onun bıçaqladığı şəxs hazırda xəstəxanadadır, vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi açılıb.