Qadın özü-özünü bıçaqladı
Gəncədə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1968-ci il təvəllüdlü Abdullayeva Adilə Binnət qızı qarının ön divarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, A. Abdullayeva özü özünü bıçaqlayıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.