azia.az
azia.az

“Evdən nəsə götürürmüş, uşaq içəri girəndə baltadan istifadə edib” — VİDEO

Bu gün, 00:17

Cəlilabadda baş verən amansız qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Demokrat.az xəbər verir ki, qardaşı uşaqlarına balta ilə hücum etməkdə şübhəli bilinən şəxs hadisəni törətdikdən sonra qaçmağa çalışsa da, Beyləqan ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

“Əlini başına qoyub yalvarıb ki, əmisi başına vurmasın. O da əllərini kəsib. Sən dur körpəni doğra, belə şey olar?! Vəhşilikdir bu. Maşını götürüb Beyləqana qaçanda, orada tutub gətiriblər”, – qonşulardan biri bildirib.


“Əmisi uzun müddət həbsxanada olub. Evdən pul, ya nəsə götürürmüş. Uşaq içəri girəndə  hadisəni yayındırmaq üçün baltadan istifadə edib. Cavan qız uşağı belə hadisənin qurbanı olsun”, – deyə digər qonşu söyləyib.


Qeyd edək ki, hadisə nəticəsində həyatını itirən 15 yaşlı Həqiqət Nağıyeva anasının doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn edilib.


Hazırda faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi başlanılıb.


Daha ətraflı “Baku TV”nin materialında:

 



Demokrat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi