azia.az
azia.az

Azərbaycanda 330 polis cəzalandırıldı

27-02-2017, 14:32

Azərbaycanda 330 polis cəzalandırıldı


Azərbaycanda ötən il ərzində vətəndaşlarla kobud rəftara, polisə əsassız gətirmə və saxlamaya, əsassız cinayət məsuliyyətinə cəlb etməyə və sair əməllərə görə 330 polis əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2016-cı il üzrə illik hesabatında qeyd olunub.

Bunlardan 74-ü vətəndaşlarla kobud rəftar etmə, 47-si polisə əsassız gətirmə və saxlama, 64-ü sürücülərin hüquqlarının pozulması, 9-u əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 2-si qanunsuz axtarış, 54-ü isə digər faktlarla bağlı olub. ( APA)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi